ABŞ millisi KONKAKAF Millətlər Liqasının qalibi olub
KONKAKAF (Şimali və Mərkəzi Amerika və Karib Hövzəsi Futbol Konfederasiyası) Millətlər Liqasının qalibi bəlli olub.
"Olimpsport" xəbər verir ki, finalda Meksika yığmasını 2:0 hesabı ilə üstələyən ABŞ millisi titula sahib çıxıb.
Qolları 45-ci dəqiqədə Tayler Adams və 63-cü dəqiqədə Giovanni Reyna vurublar.
Beləliklə, komanda ardıcıl üçüncü dəfə bu turnirdə qızıl medalları əldə edib.
Üçüncü yer uğrunda görüşdə Yamayka Panamanı minimal hesabla üstələyib - 1:0. Qələbə qoluna 42-ci dəqiqədə Dekster Lembikisa imza atıb.