Rusiyanın "Spartak" klubu yeni baş məşqçi axtarır
Rusiyanın "Spartak" klubu yeni baş məşqçi axtarır.
"Olimpsport" yerli "Metaratings" nəşrinə istinadən xəbər verir ki, "qırmızı-ağlar" Qilyermo Abaskalı əvəzləyə biləcək namizədlərin qısa siyahısını da hazırlayıb.
Bildirilib ki, nəticələr qənaətbəxş olmasa, Moskva təmsilçisi cari mövsümün sonunu gözləmədən ispaniyalı mütəxəssisi istefaya göndərəcək.
Qeyd edək ki, Abaskal 2022-ci ilin iyulundan paytaxt klubunda işləyir. Komanda 20 turdan sonra Premyer Liqada 31 xalla altıncı pillədə qərarlaşıb. "Spartak"ın martın 23-də Bakıda "Neftçi" ilə yoldaşlıq görüşü Rusiyadakı terror aktına görə təxirə salınmışdı.