"Mançester Yunayted" və "Nitsa" növbəti mövsüm avrokubokdan kənarda qala bilər
İngiltərənin "Mançester Yunayted" və ya Fransanın "Nitsa" klubu növbəti mövsüm avrokuboklardan kənarlaşdırıla bilər.
"Olimpsport" xəbər verir ki, bu barədə "Tribal Football" nəşri məlumat yayıb.
Bildirilib ki, hər iki komanda eyni turnirə vəsiqə qazansa, bu hal baş verəcək.
Buna 2023-cü ilin sonlarında "qırmızı şeytanlar"ın səhmlərinin 25 faizini alan Cim Retkliffin "Nitsa"nın da sahibi olması səbəb göstərilib.
UEFA-nın qaydalarına görə, eyni sahibi olan klublar yalnız başqa turnirlərdə mübarizə apara bilərlər.
Qeyd edək ki, Mançester təmsilçisi hazırda Premyer Liqada 47 xalla 6-cı pillədə qərarlaşıb və Avropa Liqasına vəsiqə uğrunda yarışır. "Nitsa" isə Liqa 1-də 43 xalla beşinci sıradadır. Bu da komandaya Avropa Liqasında iştirak hüququ verir.