Azərbaycan millisinin voleybolçusu karyerasını İndoneziyada davam etdirəcək
Türkiyənin "Ankara Karayolları” klubu ilə yollarını ayıran Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İndoneziyada davam etdirəcək.
"Olimpsport" "Jatim.pikiran-rakyat" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı oyunçu "Qresik Petrokimiya" ilə anlaşıb.
Qeyd edək ki, Polina Rəhimova daha əvvəl Vyetnam, İtaliya, Cənubi Koreya və Braziliyada legioner həyatı yaşayıb.