"Mercedes" komandasının pilotunu əvəzləyə biləcək namizədlər açıqlanıb

"Formula 1" üzrə dünya çempionatında iştirak edən "Mercedes" komandasının pilotu Lüis Hemiltonu 2025-ci ildə əvəzləyə biləcək sürücülər müəyyənləşib.

"Olimpsport" "Planetf1" nəşrinə istinadən xəbər verir ki, namizədlər "Red Bull"da çıxış edən Maks Ferstappen, "Aston Martin"dən Fernando Alonso, "Ferrari"dən Karlos Sayns, həmçinin "Formula 2"də çıxış edən italiyalı gənc Andrea Kimi Antonellidir.

Almaniya təmsilçisinin rəhbəri Toto Volf qərarın yaxın həftələrdə və ya aylarda verilməyəcəyini bildirib: "Mən bazarda vəziyyəti izləmək istəyirəm. Maks Ferstappen? Bəli, mən onu nəzərə alıram. Onun performansının səviyyəsini görürsünüz. Ancaq digər pilotları da kənara atmaq istəməzdim".

Qeyd edək ki, Lüis Hemilton növbəti mövsüm "Ferrari"yə keçəcək.