UEFA AVRO-2024-ün reqlamentini dəyişdirə bilər
UEFA 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatda iştirak ərizəsində oyunçu sayının artırılması təklifinə baxmağa hazırdır.
"Olimpsport" xəbər verir ki, bu barədə “The Athletic” portalı məlumat yayıb.
Millilərin heyəti 23 nəfərdən 26 nəfərə qədər genişləndirilə bilər. Məsələ ilə bağlı yekun qərar aprelin 8-də bütün komandaların iştirakı ilə keçiriləcək toplantıda veriləcək.
AVRO-2024-ün final mərhələsi iyunun 14-dən iyulun 14-dək Almaniyada keçiriləcək. Turnirdə 24 komanda mübarizə aparacaq.
2022-ci ilin yazında FIFA və UEFA Rusiya millisinin, həmçinin klublarının bu təşkilatların bayrağı altında keçirilən yarışlarda iştirakını dayandırmaq qərarına gəlib. Rusiya komandaları 2022-ci il dünya çempionatının pley-off mərhələsini və qarşıdan gələn Avropa çempionatını buraxacaqlar.