"Napoli" gürcüstanlı futbolçunun maaşını üç dəfə artıra bilər
İtaliyanın "Napoli" klubu gürcüstanlı futbolçusu Xviça Kvaratsxeliyanın maaşını 3 dəfə artıra bilər.
"Olimpsport" "Calciomercato" nəşrinə istinadən xəbər verir ki, Neapol təmsilçisi yarımmüdafiəçi ilə müqavilənin müddətini uzatmağa yaxındır.
Tərəflər hələ də müqavilənin müddəti və təzminatın məbləği barədə razılığa gəlməyiblər. Futbolçunun maaşının illik 1,5 milyon avrodan 4,5 milyon avroya yüksələcəyi gözlənilir.
23 yaşlı yarımmüdafiəçi 2022-ci ilin yayından neapolluların heyətində çıxış edir.
Qeyd edək ki, Xviça Kvaratsxeliya bu mövsüm "Napoli"nin heyətində bütün turnirlərdə keçirdiyi 38 matçda 10 qol vurub və 6 məhsuldar ötürmə edib.