"Everton" klubunun sabiq futbolçusu ömürlük həbs oluna bilər
İngiltərənin "Everton" klubunun sabiq futbolçusu Li Te ömürlük həbs oluna bilər.
"Olimpsport" xarici mətbuata istinadən xəbər verir ki, Çinin Syanninq şəhərinin Xalq Məhkəməsinin iclasında Çin millisinin sabiq baş məşqçisi Li Tenin işi üzrə məhkəmə prosesi keçirilib.
Ona qarşı rüşvət almaq və ötürmək ittihamı irəli sürülüb. O, Çin milli komandasına oyunçu çağırmaq, danışılmış oyunlar və futbolçu transferlərinin təşkilinə kömək etmək üçün 50 milyon yuandan çox (bugünkü məzənnə ilə təxminən 6,5 milyon avro) pul almaqda ittiham olunur.
Bundan əlavə, o, milli komandanın baş məşqçisi vəzifəsini əldə etmək üçün 1 milyon yuan rüşvət verməkdə ittiham olunur.
Bu həftə Çin Futbol Assosiasiyasının keçmiş prezidenti Çen Syuyan rüşvətxorluğa görə ömürlük həbs cəzasına məhkum edilib.