Ronaldu "Əl-Nəsr" klubunda het-trik edib

Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldu Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunda növbəti qollarını vurub.

"Olimpsport" xəbər verir ki, 39 yaşlı hücumçu yerli çempionatın XXV tur matçında het-trik edib.

Təcrübəli forvard "Əl-Tai"yə 5:1 hesabı ilə qalib gəldikləri oyunun 65, 67 və 87-ci dəqiqələrində fərqlənib.

O, cari mövsüm liqadakı qollarının sayını 26-ya çatdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" hazırda 59 xalla ikinci pillədə qərarlaşıb.