İngiltərə klubunun ev oyununda azarkeş rekordu qırılıb

İngiltərənin “Liverpul” klubunun ev oyununda azarkeş rekordu qırılıb.

"Olimpsport" xəbər verir ki, bu, Premyer Liqanın XXX turunda “Brayton”la oyuna təsadüf edib.

“Qırmızılar”ın 2:1 hesablı qələbə qazandığı görüşü 60061 tamaşaçı izləyib. Bu, “Enfild Roud” stadionunda Premyer Liqa çərçivəsində azarkeş rekordudur. Arenanın tutumu 61276 nəfərdir.

Qeyd edək ki, “Liverpul” hazırda 67 xalla turnir cədvəlinə başçılıq edir.