"Yurqorden" İsveç çempionatına qələbə ilə başlayıb

Azərbaycan millisinin futbolçusu Musa Qurbanlının çıxış etdiyi “Yurqorden” klubu İsveç çempionatında yeni mövsümə qələbə ilə başlayıb.

"Olimpsport" xəbər verir ki, komanda I turda səfərdə "Höteborq"la üz-üzə gəlib.

Qarşılaşma qonaqların 4:1 hesablı qələbəsi ilə bitib.

Matça ehtiyat oyunçular skamyasında başlayan Qurbanlı 70-ci dəqiqədə türkiyəli Deniz Hümmetin yerinə meydana daxil olub.