Almaniya futbol millisində 44 nömrəli forma qadağan edilib

Almaniyanın futbol millisində 44 nömrəli forma qadağan ediləcək.

"Olimpsport" xəbər verir ki, bu barədə "Adidas"ın sözçüsü Oliver Bryuggen "Bild"ə açıqlamasında məlumat verib.

O, 100-ə yaxın ölkədən insanlarla çalışdıqlarını xatırladıb: "Şirkətimiz müxtəliflik və inklüzivliyin tərəfdarıdır. Ksenofobiya, antisemitizm, zorakılıq və istənilən formada nifrətə fəal şəkildə qarşıyıq".

"Adidas"ın 44 rəqəminin nasizm simvolu ilə oxşarlığına görə bu addımı atdığı bildirilib. Qeyd olunub ki, formalarda yeni şrift sayəsində 44 rəqəmi ötən əsrin 30-40-cı illərində SS-in simvolu kimi run əlifbasının "ziq"ini xatırladır. Oyunçular Avropa çempionatındakı qaydalara görə bu nömrəni seçə bilməyəcəkdilər, lakin fanatların 44 nömrəli formanı sifariş etmək imkanı olub.