"Barselona"nın müdafiəçisi mövsümün sonunda klubu tərk edəcək
“Barselona”nın müdafiəçisi Markos Alonso mövsümün sonunda klubu tərk edəcək.
“Olimpsport” xəbər verir ki, bunu futbol insayderi Fabritsio Romano sosial şəbəkədə bildirib.
Tərəflər 2024-cü il iyunun 30-da başa çatacaq müqaviləni yeniləməmək barədə razılığa gəliblər.
Qeyd edək ki, bu mövsüm 33 yaşlı ispaniyalı kataloniyalıların heyətində 7 oyuna çıxıb. Ümumilikdə Alonso “Barselona”nın heyətində 44 oyuna çıxıb və 3 qol vurub.