“Yuventus” “Latsio”nu məğlub edib

İtaliya Kubokunun yarımfinal mərhələsinin "Yuventus" və "Latsio" arasında keçirilən ilk oyunu başa çatıb.

"Olimpsport" xəbər verir ki, matç “Yuventus”un 2:0 hesablı qələbəsi ilə başa çatıb.

50-ci dəqiqədə "Yuventus"un hücumçusu Federiko Kyeza fərqlənib. 64-cü dəqiqədə isə Duşan Vlahoviç hesabı 2:0-a çatdırıb.

Komandalar arasında cavab oyunu aprelin 23-də keçiriləcək.