“Qalatasaray” öz meydanında “Hatayspor”u məğlub edib

Futbol üzrə Türkiyə Superliqasında XXXI tura start verilib.

"Olimpsport" xəbər verir ki, "Qalatasaray" öz meydanında “Hatayspor”a 1:0 hesabı ilə qalib gəlib.

Matçda yeganə qolu Mauro İkardi vurub.

“Qalatasaray” bu qələbədən sonra 84 xalla turnir cədvəlinə başçılıq edir. Komanda ikinci pillədə qərarlaşan “Fənərbağça”dan 5 xal öndədir.

"Antalyaspor" - "Ankaragücü" matçı isə heç-heçə (1:1) başa çatıb. Günün digər oyunlarında “Rizəspor” səfərdə “İstanbulspor”u 4:0, “Alanyaspor” isə “Qaziantep”i 3:0 hesabı ilə məğlub edib.