“Kayzerslautern” Almaniya Kubokunun finalına yüksəlib

“Kayzerslautern” klubu 21 ildən sonra ilk dəfə Almaniya Kubokunun finalına yüksəlib.

"Olimpsport" xəbər verir ki, komanda yarımfinalda “Saarbrüken”ə qalib gəlib - 2:0.

“Kayzerslautern” buna qədər sonuncu dəfə 2003-cü ildə turnirin finalında çıxış edib. Bu komanda axırıncı dəfə kuboku 1996-cı ildə qazanıb.

“Kayzerslautern” həlledici görüşdə “Bayer 04” – “Fortuna” cütünün qalibi ilə qarşılaşacaq.