Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postu təklif ediləcək
AFFA Stanislav Çerçesova Azərbaycan millisinin baş məşqçi postunu təklif edəcək.
"Olimpsport" xəbər verir ki, bu barədə “Sport-Express” nəşri məlumat yayıb.
Bildirilir ki, qurumun yeni rəhbərliyi rusiyalı mütəxəssislə rəsmi danışıq aparmağa hazırlaşır. 60 yaşlı çalışdırıcı bu posta əsas namizəd hesab olunur.
Qeyd edək ki, Stanislav Çerçesov 2023-cü ilin yayında Macarıstanın “Ferentsvaroş” klubundan ayrıldıqdan bəri işsizdir.