Türkiyə klubu baş məşqçisi ilə yollarını ayırıb
Azərbaycan millisinin futbolçusu Sertan Taşkının çıxış etdiyi Türkiyənin "Manisa" komandası baş məşqçisi Mustafa Dalcı ilə yollarını ayırıb.
"Olimpsport" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
I Liqa təmsilçisi 50 yaşlı mütəxəssislə qarşılıqlı razılıq əsasında vidalaşıb.
Qeyd edək ki, Sertan Taşkın ilin əvvəlində "Manisa"ya keçib.