Ceyran Əsgərova doğum günündə AzMİU çempionu olub

AzMİU yığmasının və Memarlıq fakültəsinin qadınlardan ibarət komandasının kapitanı Ceyran Əsgərova aprelin 2-si doğum günündə AzMİU çempionu olub. Bu münasibətlə Memarlıq fakültəsinin dekan müavini Ləman Kazımova kapitana üzərində "Xarıbülbül" rəsmi həkk olunan örtük hədiyyə edib.

Qeyd edək ki, Ceyran Əsgərova eyni zamanda ölkə çempionatının aşağı liqasında mübarizə aparan "Xarıbülbül" komandasının üzvüdür.