Bakıdakı güləş yarışının açılış mərasiminin proqramı açıqlanıb

Aprelin 5-7-də Milli Gimnastika Arenasında keçiriləcək Avropa Olimpiya Təsnifat turnirinin açılış mərasiminin proqramı müəyyənləşib.

"Olimpsport" xəbər verir ki, açılış mərasimi sabah saat 17:30-da başlayacaq.

Tədbirin rəsmi hissəsində Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Dünya Güləş Birliyinin (UWW) büro üzvü Namiq Əliyev və UWW-nin vitse-prezidenti Teodoros Hamakos çıxış edəcəklər.

Açılış mərasiminin bədii hissəsində isə "Talant şou" rəqs qrupunun çıxışı olacaq.

Xatırladaq ki, bu yarışda hər çəkidə 2 güləşçi Paris-2024 Yay Olimpiya Oyunlarına vəsiqə qazanacaq.