Azərbaycan güləşçisi turnirdə məğlub olub
Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
"Olimpsport" xəbər verir ki, 87 kq çəki dərəcəsində çıxış edən idmançı Danimarkadan olan Turpal Bisultanovla üz-üzə gəlib.
Qarşılaşmadan 3:5 hesabı ilə məğlub ayrılan Abbasov mübarizəni dayandırıb. Daha əvvəl Beka Kandelaki (130 kq) ilk görüşdə qələbə qazanıb.
Qeyd edək ki, bu gün həmçinin Nihat Məmmədli (60 kq) və Murad Əhmədiyev (97 kq) 1/8 finaldan yarışa qoşulacaqlar.