Azərbaycan güləşçisi Avropa Olimpiya Təsnifat turnirində yarımfinala yüksəlib

Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində növbəti qələbəsini qazanıb.

"Olimpsport" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı 1/4 finalda Bolqarıstan təmsilçisi Georgi İvanovu mübarizədən kənarlaşdırıb.

Kandelaki rəqibini 9:0 hesabı ilə üstələyərək yarımfinala yüksəlib. O, Paris-2024-ə vəsiqə uğrunda Sergey Semyonovla (AİN) üz-üzə gələcək.