Azərbaycanın yunan-Roma güləşçisi Avropa Olimpiya Təsnifat turnirində lisenziya qazana bilməyib
Azərbaycanın yunan-Roma güləşçisi Beka Kandelaki Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində növbəti görüşünə çıxıb.
"Olimpsport" xəbər verir ki, 130 kq çəki dərəcəsində yer alan idmançı yarımfinal mərhələsində Sergey Semyonovla (AİN) üz-üzə gəlib.
Kandelaki rəqibinə 9:0 hesabı ilə uduzub və Semyonov Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.