"Atletik" 40 ildən sonra yenidən İspaniya kubokunu qazanıb
"Atletik" İspaniya Kral Kubokunun finalında "Malyorka"nı məğlub edib.
"Olimpsport" xəbər verir ki, qalib penaltilər seriyasında müəyyənləşib.
Əsas və əlavə vaxt 1:1 hesabı ilə başa çatıb. Qolları "Malyorka"dan Daniel Rodriges (21), "Atletik"dən Oyan Sanset (50) vurublar. Penaltilər seriyasında isə Bilbao təmsilçisi 4:2 hesabı ilə qalib gəlib.
"Atletik" tarixində 24-cü dəfə Kral Kubokunu qazanıb. Komanda sonuncu dəfə mükafata 40 il əvvəl - 1983/1984 mövsümündə yiyələnib. Klub bu turnirdə qələbə sayına görə yalnız "Barselona"dan (31) geri qalır.