Azərbaycan güləşçisi turnirə inamlı qələbə ilə başlayıb
Azərbaycanın sərbəst güləşçisi Əliabbas Rzazadə Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində mübarizəyə başlayıb.
"Olimpsport" xəbər verir ki, 57 kq çəki dərəcəsində yer alan Avropa çempionu təsnifat mərhələsində italiyalı Simone Piroddu ilə qarşılaşıb.
Rəqibi üzərində 11:0 hesablı inamlı qələbə qazanan 26 yaşlı idmançı 1/4 finala yüksəlib. Rzazadə bu raundda türkiyəli Süleyman Atlı ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qeyd edək ki, daha əvvəl Osman Nurmaqomedov (86 kq) 1/8 finala, Hacı Əliyev (65 kq) isə 1/4 finala adlayıb.