Osman Nurmaqomedov ikinci görüşündə qələbə qazanıb

Azərbaycanın sərbəst güləşçisi Osman Nurmaqomedov Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində ikinci görüşünə çıxıb.

“Olimpsport" xəbər verir ki, 86 kq çəki dərəcəsində yer alan idmançı 1/8 final mərhələsində isveçrəli Samuel Şerrerlə üz-üzə gəlib.

Rəqibinə 5:0 hesabı ilə qalib gələn Nurmaqomedov 1/4 finala yüksəlib.

Qeyd edək ki, daha əvvəl Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) 1/4 finala adlayıblar.