Azərbaycan güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Azərbaycanın sərbəst güləş millisi Paris-2024 Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb.

“Olimpsport" xəbər verir ki, Bakıda keçirilən Avropa Olimpiya Təsnifat turnirində bu dəfə Osman Nurmaqomedov bunu reallaşdırıb.

86 kq çəki dərəcəsində çıxış edən 25 yaşlı pəhləvan Avropa çempionu olan ukraynalı Vasili Mixaylonu yarımfinalda 4:1 hesabı ilə məğlub edib.

Qeyd edək ki, bu gün Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq) və Turan Bayramov (74 kq) da olimpiadaya lisenziya qazanıblar.