"Mançester Yunayted" "Liverpul"la heç-heçə edib

İngiltərə Premyer Liqasının XXXII turunda “Mançester Yunayted” və “Liverpul” komandaları arasında keçirilən matçda qalib müəyyənləşməyib.

"Olimpsport" xəbər verir ki, Mançesterdə baş tutan görüş 2:2 hesabı ilə yekunlaşıb.

“Mançester Yunayted”in heyətində Brunu Fernandeş və Kobbi Mayno fərqləniblər. "Liverpul"un qollarını Luis Dias və Məhəmməd Salah vurublar.

“Mançester Yunayted” İngiltərə çempionatının turnir cədvəlində 49 xalla altıncı, “Liverpul” 71 xalla ikincidir. London "Arsenal"ı əlavə göstəricilərə görə "Liverpul"u qabaqlayır. “Mançester Siti” isə üçüncü yerdədir. Xosep Qvardiolanın komandası 70 xal toplayıb.