“Aston Villa” səfərdə “Arsenal” üzərində inamlı qələbə qazanıb
İngiltərə Premyer Liqasının 33-cü turu çərçivəsində Londonun “Arsenal”ı evdə Birminhemin “Aston Villa”sına məğlub olub.
"Olimpsport" xəbər verir ki, matçı hakim Devid Kut idarə edib.
Matçın birinci hissəsi “Arsenal”ın üstünlüyü ilə keçsə də, hesab açılmayıb. İkinci hissədə isə “aslanlar” təşəbbüsü ələ alıblar. Bunun nəticəsində oyunun 84-cü dəqiqəsində yamaykalı Leon Beyli, 87-ci dəqiqəsində isə Olli Uotkins fərqlənərəq qonaqlara inamlı qələbə qazandırıblar – 0:2.
Beləliklə, 32 oyundan sonra üçüncü pillədə qərarlaşan “Arsenal” 71 xala malikdir və top fərqinə görə onunla eyni xalı toplamış “Liverpul”u qabaqlayır. Dördüncü pillədəki “Aston Villa” isə 33 oyuna 63 xal toplaya bilib. Unai Emerinin yetirmələrini “Tottenhem”dən (ehtiyatında bir oyun var) cəmi üç xal ayırır. Çempionatın lideri isə “Mançester Siti”dir. “Şəhərlilər” ən yaxın rəqiblərindən iki xal çox yığıblar.
Xatırladaq ki, öncəki oyunda “Liverpul” gözlənilmədən “Kristel Pelas”a yenilib.