17 yaşlı gimnast vəfat edib
İspaniyalı gimnast Mariya Errans Qomes 17 yaşında dünyasını dəyişib.
"Olimpsport" xəbər verir ki, bu barədə İspaniya Batut Federasiyası məlumat yayıb.
Batutçu meningit xəstəliyindən vəfat edib.
Onun ölümü ilə əlaqədar Qvadalaxara əyalətinin Kabanillas del Kampo şəhərində ikigünlük matəm elan edilib və bütün tədbirlər ləğv olunub.