Ramil Şeydayev "Trabzonspor"un heyyətində ilk rəsmi matçına çıxır
Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klububda rəsmi debütü reallaşacaq. Olimpsport.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, komandanın baş məşqçsi Ərsun Yanal 21 yaşlı hücumçumuza bu gün ölkə kubokunda aşağı liqa təmsilçisi "Ardahanspor"la matçda şans verəcək.
Qeyd edək ki, Şeydayevin soyadı son oyunlarda heç protokola da daxil edilməyib. O, bu yay keçdiyi klubda yalnız yoxlama matçlarında oynayıb, qol da vurub.