Dünya çempionatının ilk 1/4 finalçıları müəyyənləşib

Kolumbiyada keçirilən futzal üzrə dünya çempionatında 1/4 finalın ilk iştirakçıları müəyyənləşib.
 
Olimpsport.az xəbər verir ki, bunlar Paraqvay və Rusiya yığmalarıdır.
 
Paraqvay 1/8 finalda penaltilər seriyasında təşkilatçı ölkə millisini üstələyib - 3:2. Növbəti mərhələdə rəqib Braziliya - İran görüşünün qalibi olacaq.
 
Rusiya isə Vyetnamı darmadağın edib - 7:0. Qonşu ölkə yığması 1/4 finalda İspaniya - Qazaxıstan matçının qalibi ilə üz-üzə gələcək.
 
Qeyd edək ki, digər 1/8 final görüşlərində Argentina Ukraynanı, İtaliya Misiri, Portuqaliya Kosta-Rikanı, Azərbaycan isə Tailandı sınağa çəkəcək. 

-