Əliyar Ağayev Fatih Terimin komandasının oyununa təyinat alıb
Azərbaycanın FIFA referisi Əliyar Ağayev növbəti dəfə Yunanıstan Superliqasının oyununu idarə edəcək.
"Olimpsport" yerli "Yellowradio.gr" saytına istinadən xəbər verir ki, o, aprelin 28-də baş tutacaq "Panatinaikos" - "Aris" matçına təyinat alıb.
Ağayevə yan xətt hakimləri Zeynal Zeynalov və Əkif Əmirəli kömək göstərəcəklər. Digər FIFA referisi Kamal Umudlu AVAR-da yer alacaq.
Qeyd edək ki, görüş Bakı vaxtı ilə saat 21:30-da start götürəcək. "Panatinaikos"a türkiyəli baş məşqçi Fatih Terim rəhbərlik edir.