Afrika qitəsinin ən yaxşı futbolçusu karyerasını başa vurdu

"Mançester Siti"nin ulduzu Yaya Ture gözlənilməz qərar verib. Olimpsport.az xəbər verir ki, afrikalı futbolçu Kot-d`İvuar millisindəki çıxışını başa vurub.

 

"Twitter" və "Facebook" hesablarından açıqlama yayan 33 yaşlı futbolçu bunları bildirib: "Bu mesajı yazmaq böyük ehtimalla həyatımdakı ən çətin şeydi. 14 ildi yüksək səviyyədə davam edən milli komanda karyeramı başa vurmaq zamanının yetişdiyinə inanıram. Klub karyeramdakı ağır məşq və oyun proqramı bu qərarı verməyimə təsir etməyib. Futbol mənim üçün hər şey deməkdi. Kot-d`İvuar millisindəki karyeramı bitirmək qərarımın səbəbi burda özümə yeni bir hədəf tapa bilməməyimdi".

 

Qeyd edək ki, milli formanı 113 dəfə geyinən Ture 2011, 2012, 2013 və 2014-cü illərdə Afrikanın ən yaxşı futbolçusu seçilib.