"Mançester Siti"nin futbolçusu həbs olunub

“Mançester Siti”nin və Braziliya millisinin sabiq futbolçusu Joao Alves polis tərəfindən saxlanılıb.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.

O, hazırda ölkəsinin aşağı liqa komandası olan “Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.

Qeyd edək ki, Joao Alves karyerası ərzində ÇSKA (Moskva), “Everton”, “Qalatasaray” və digər tanınmış kubların formasını geyinib.