Azərbaycan millisinin futbolçusu İsveç klubunun U-21 komandasında fərqlənib
Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı İsveçin “Yurqorden” klubunun U-21 komandasında qol vurub.
"Olimpsport" klubun rəsmi saytına istinadən xəbər verir ki, 22 yaşlı hücumçu “Deqerfors”a qarşı Elit Liqa Kuboku matçında fərqlənib.
Qurbanlı komandasının 4:2 hesablı qələbə qazandığı matçda hesabı açıb.
Qeyd edək ki, Musa Qurbanlı cari mövsüm İsveç çempionatında əsas komandanın heyətində cəmi 2 oyunda şans qazanıb və 30 dəqiqə meydanda olub.