Luis Suares yeni rekorda imza atıb

ABŞ-nin "İnter Mayami" klubunun hücumçusu Luis Suares yeni rekorda imza atıb.

"Olimpsport" xəbər verir ki, uruqvaylı futbolçu “Nyu-York Red Bulls” komandası ilə matçda (6:2) het-trik etməklə klub karyerasındakı 501-cü qolunu vurub.

37 yaşlı futbolçu bu qolları 815 oyunda rəqib qapılarından keçirib.

Qeyd edək ki, daha əvvəl L.Suaresin komanda yoldaşı Lionel Messi, həmçinin Kriştianu Ronaldu və Robert Levandovski də 500 qol həddini keçiblər.