AVRO-2016: Avstriya millisi də heyəti açıqladı

17 yaşadək futbolçulardan ibarət milli komandalar arasında ölkəmizdə keçiriləcək Avropa çempionatında mübarizə aparacaq Avstriya yığmasının ilkin heyəti açıqlanıb.

Olimpsport.az saytının məlumatına görə, baş məşqçi Andreas Heraf ilkin siyahıda 20 futbolçuya dəvət göndərib:

Qapıçılar: Karalic Semir (“Admira Vakker”), Ozeqoviç Benjamin (“Austria”)

Müdafiəçilər: Borkoviç Alexandar (“Austria”), Burqstaller Alexander (“Zalsburq”), Malicsek Lukas (“Admira Vakker”), Meisl Luka (“Zalsburq”), Müller Kristian (“St. Pölten”), Zottele Leonardo (“Nürnberq”, Almaniya)

Yarımmüdafiəçilər: Baumqartner Kristof (“St. Pölten”), Maresiç Dario (“Şturm”), Müller Valentino (“Altax”), Stumberger Dominik (“Zalsburq”), Vaqnes Jörg (“Şturm”)

Hücumçular: Arase Kelvin (“Rapid”), Fitz Dominik (“Austria”), Mathis Maurice (“Münhen 1860”, Almaniya), Meister Nikolas (“Zalsburq”), Şmid Antoni (“Frayburq”, Almaniya), Şmid Romano (“Şturm”), Sittsam Filipp (“Şturm”)

Xatırladaq ki, “B” qrupunda yer alan Avstriya millisinin rəqibləri Almaniya, Ukrayna və Bonsiya və Hersoqovinadır.