“Şəki” klubu iki legionerlə vidalaşıb
Azərbaycan Basketbol Liqasında (ABL) çıxış edən “Şəki” kollektivi iki legionerlə vidalaşıb.
"Olimpsport" bölgə təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, noyabrda düşərgəyə qoşulan 2 amerikalı basketbolçu - Simeus Vebster və Vanya Kinq komandanı tərk ediblər.
Qeyd edək ki, "Şəki" ABL-də müntəzəm mövsümü 19 xalla sonuncu yerdə başa vurub.