Ramil Şeydayev "Trabzonspor"un heyyətində qol hesabını açdı

Azərbaycan milli komandasının futbolçusu Ramil Şeydayevin Türkiyənin "Trabzonspor" klububda rəsmi debütü reallaşıb. Olimpsport.az  xəbər verir ki, komandanın baş məşqçsi Ərsun Yanal 21 yaşlı hücumçumuza bu gün ölkə kubokunda aşağı liqa təmsilçisi "Ardahanspor"la matçda şans verib. Həmyerlimiz matçın 85-ci dəqiqəsində özünün ilk, komandasının 6-cı qolunu vurub.

 

Qeyd edək ki, Şeydayevin adı son oyunlarda heç protokola da daxil edilmirdi. O, bu yay keçdiyi klubda yalnız yoxlama matçlarında oynayıb, qol da vurmuşdu.