"Borussiya" klubunun futbolçusu "İnter Mayami"yə keçə bilər

Almaniyanın "Borussiya" (Dortmund) klubunun futbolçusu Marko Roys karyerasını ABŞ-nin "İnter Mayami" kollektivində davam etdirə bilər.

"Olimpsport" xarici KİV-ə istinadən xəbər verir ki, bundan başqa, Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və Türkiyə Superliqa təmsilçilərinin bir neçəsi 34 yaşlı yarımmüdafiəçinin xidmətində maraqlıdır.

2024-cü ilin yayında azad agent kimi komandadan ayrılacaq futbolçunun hansı klubu seçəcəyi maraq doğurur.

Qeyd edək ki, M.Roys cari mövsüm dortmundluların heyətində 39 matçda meydana çıxıb və 8 qol vurub.