Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında seminar təşkil olunub

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında məşqçi, tibb personalı və idmançılar üçün “İdman və ekologiya” mövzusunda seminar təşkil olunub.

"Olimpsport" xəbər verir ki, (ADBTİA) təşkil olunan təlimə 60-dək iştirakçı qoşulub.

Gənclər və İdman Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, ADBTİA-nın birgə təşkilatçılığı ilə baş tutan təlim məşqçilərin, idmançıların, tibb personalının bilik və bacarıqlarının artırılması, fəaliyyətlərinin daha da təkmilləşdirilməsi və digər mövzuları əhatə edib.