“Tottenhem” Premyer Liqanı tərk edən “Bernli” üzərində əzmkar qələbə qazanıb
İngiltərə Premyer Liqasının 37-ci turu çərçivəsində “Tottenhem” “Börnli”ni qəbul edib.
"Olimpsport" xəbər verir ki, Carred Cilletin idarə etdiyi matç Londondakı “Tottenhem Hotspur” stadionunda baş tutub.
Hesabı qonaqlar açıb. 25-ci dəqiqədə danimarkalı vinger Yakob Bruun Larson topu tora göndərib. Cəmi yeddi dəqiqə sonra “mahmızlar” "status-kvo"nu bərpa ediblər: ispaniyalı müdafiəçi Pedro Porro fərqlənib. Matçda növbəti qol 82-ci dəqiqədə vurulub. Niderlandlı müdafiəçi Mikki van den Ven ev sahiblərinin ikinci qolunu vurub.
Qeyd edək ki, 36 oyundan sonra Angelos Postekoqlunun yetirmələrinin 63 xalı var. Altıncı pillədə qərarlaşan komanda nəzəri olaraq növbəti ildə Çempionlar Liqasında iştirak etmək uğrunda mübarizədə şansını qoruyur. "Tottenhem"i dördüncü yerdəki “Aston Villa”dan 4 xal ayırır.
“Bernli” isə 19-cu pillədə qərarlaşıb. Bu məğlubiyyətdən sonra 24 xala malik Vensan Kompaninin komandası çempionatla vidalaşıb. “Bernli” “Şeffild Yunayted”dən sonra yüksək liqanı tərk edən ikinci klub oldu.
Xatırladaq ki, İngiltərə Premyer Liqası 38 turdan ibarətdir.