"Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib

İngiltərə Premyer Liqasının 37-ci turunda “Nottinqem Forest”lə qarşılaşan “Çelsi” son dəqiqələrdə vurduğu qollarla qalib gəlib.

"Olimpsport" xəbər verir ki, sürətli hücumlarla başlayan görüşdə hesab 8-ci dəqiqədə açılıb.

Mixaylo Mudrık “Çelsi” azarkeşlərini coşdurub - 1:0 Amma məğlubiyyəti qəbul etməyən meydan sahibləri hesaba tarazlıq gətiriblər. Uilli Boli 16-cı dəqiqədə fürsəti layiqincə dəyərləndirib. 74-cü dəqiqədə Kalum Hadson meydan sahiblərini hesabda irəli çıxarıb. 80-ci dəqiqədə Rahim Sterlinq hesaba tarazlıq gətirib. 82-ci dəqiqədə isə Nikola Cekson görüşdə son nöqtəni qoyub - 3:2.

Qeyd edək ki, aktivində 57 xalı olan “zadəganlar” 7-ci sıradadır. “Meşəçilər” 29 xalla 17-cidir.