Mbappe PSJ prezidenti ilə dava edib

PSJ-nin hücumçusu Kilian Mbappe klub prezidenti Nasser Əl-Xəlaf ilə dava edib.

"Olimpsport" "Le Parisien"ə istinadən xəbər verir ki, münaqişəyə fransalı futbolçunun bir neçə gün öncə komandadan ayrılması ilə bağlı paylaşdığı videomüraciətdə klub rəhbərinin adını xüsusi qeyd etməməsi səbəb olub.

Mübahisə Paris təmsilçinin Fransa Liqa 1-in XXXIII turunda "Tuluza"ya (1:3) məğlub olduqları matçdan əvvəl baş verib.

Qeyd edək ki, Mbappe 2017-ci ildən PSJ-də çıxış edir. Hücumçu bu yay azad agent kimi komandadan ayrılacaq.