Azərbaycan millisinin Qazaxıstanla yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib
Azərbaycan millisinin Qazaxıstan yığmasına qarşı keçirəcəyi beynəlxalq yoldaşlıq oyununun başlama vaxtı dəyişdirilib.
"Olimpsport" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, iyunun 11-də Macarıstanın “Haladas SportKomplexum” stadionunda təşkil olunacaq görüş Bakı vaxtı ilə saat 18:00-da start götürəcək.
Qarşılaşmanın daha əvvəl saat 20:00-da başlayacağı açıqlanmışdı.
Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də, Bakı vaxtı ilə saat 21:00-da eyni məkanda Albaniya yığması ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.