Ter Ştegen "Barselona"da ən çox oyun keçirən ikinci qapıçı olub
Mark-Andre ter Ştegen İspaniyanın “Barselona” klubunda ən çox oyun keçirən ikinci qapıçı olub.
"Olimpsport" xəbər verir ki, bu, La Liqanın 35-ci turunun “Barselona” - “Real Sosyedad” matçında gerçəkləşib.
Ter Ştegen Kataloniya təmsilçisinin heyətində 410-cu oyununu keçirib. O, bu nəticə ilə komandanın keçmiş qapıçısı Andoni Subisarretanı geridə qoyub. “Barselona”da ən çox oyun keçirən qapıçı ünvanı hələ ki Viktor Valdesə (535) məxsusdur.
"Barselona"nın əcnəbi futbolçuları arasında ən çox oyun keçirən isə Lionel Messidir (778).
Qeyd edək ki, “Barselona” - “Real Sosyedad matçı birincilərin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.