"Adana Dəmirspor" klubuna transfer qadağası qoyulub
FIFA Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyevin çıxış etdiyi Türkiyənin "Adana Dəmirspor" klubuna transfer qadağası qoyub.
"Olimpsport" xəbər verir ki, bu barədə türkiyəli jurnalist Yağız Sabuncuoğlu rəsmi "X" hesabında bildirib.
Onun sözlərinə görə, buna Adana klubunun sabiq baş məşqçisi Patrik Klyuvertə 142 min avronu ödəməməsi səbəb olub.
Qərara əsasən, Superliqa təmsilçisi qarşıdakı üç "transfer pəncərəsi"ndə yeni oyunçular ala bilməyəcək.
Qeyd edək ki, niderlandlı baş məşqçi 2023-cü ilin iyulundan dekabrın əvvəlinədək Türkiyə klubunda işləyib.