FIB üç ölkənin milli federasiyasının üzvlüyünü dayandırıb

Beynəlxalq Bendi Federasiyası (FIB) üç ölkənin - Somali, Əfqanıstan və Kolumbiya milli federasiyalarının üzvlüyünü dayandırıb.

"Olimpsport" xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.

Səbəb üzvlük haqqının ödənilməməsi və adıçəkilən ölkələrdə bendi üzrə yarışların keçirilməməsidir.

Qeyd edək ki, FIB 1955-ci ildə İsveçin paytaxtı Stokholmda yaradılıb. Təşkilat 1957-ci ildən kişi komandalar arasında dünya çempionatları keçirir. Həmçinin müxtəlif yaş qrupları üzrə oğlan və qızlar arasında yarışlar təşkil edir.