UEFA Türkiyə klublarının ev oyunlarının vaxtında dəyişiklik edib
UEFA Türkiyə klublarının Çempionlar və Avropa liqalarının qrup mərhələsindəki ev oyunlarının başlanma vaxtlarını dəyişdirib.
Olimpsport.az xəbər verir ki, bu, oktyabrın 30-dan keçiriləcək matçlara, yəni qrup mərhələsində ikinci dövrə oyunlarına aiddir. Dəyişiklik onunla bağlıdır ki, Türkiyədə yaydan qış vaxtına keçid ləğv olunub. Nəticədə Çempionlar Liqasının oyunları yerli vaxtla 22:45-də, Avropa Liqasında 00:05-də başlaması həddən artıq gec vaxt sayılır. Avropanın ən nüfuzlu klub turnirində matçlar 20:45-də başlayacaq. Avroliqa üçünsə bu, saat 19:00-a təyin olunub.
Bundan əlavə, Avropa Liqasında qrup mərhələsinin son turunda Türkiyə klubunun rəqiblərinin vaxtı dəyişdirilib. Belə ki, Türkiyədə “Konyaspor” – “Gent” oyunu 19:00-da başlayacağından, “Braqa” – “Şaxtyor” qarşılaşması da həmin vaxta salınıb.
Xatırladaq ki, Azərbaycan, Rusiya və Qazaxıstandakı oyunları da tez başlayır.